AzMedia.info «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Belarus Respublikasının (BR) Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, «Bir qurşaq – bir yol» layihəsi dünyanın iqtisadi xəritəsinin konturlarını dəyişir
Bazar ertəsi Belarus Prezidenti «Bir qurşaq – bir yol» beynəlxalq əməkdaşlıq forumunun iştirakçı dövlət başçılarının Pekində keçirilən «dəyirmi masa» iclasında qeyd edib ki, dövlətlər çiçəklənməyə yalnız birgə sülh və qarşılıqlı faydalı inkişaf sayəsində nail ola bilərlər.
Bu barədə xəbəri dövlət başçısının rəsmi portalı yayıb.
Belarus lideri əlavə edib ki, bu gün dünya fəal inkişaf və qlobal dəyişikliklər mərhələsindədir. Bu inkişaf fasiləsiz çağırışlar və təhlükələrlə müşayiət olunur.
«Onların sırasında terrorçuluq, miqrasiya böhranı, təhlükəli infeksion xəstəliklər, iqlim dəyişikliyi və müasir dünya üçün digər təhlükələri önə çəkmək olar. Bundan başqa, zəifləmiş dünya iqtisadi artımı ölkələr arasında müxtəlifliyin dərinləşməsinə hiss olunacaq təsirini göstərir. Tez-tez müşahidə olunan ziddiyyətlər silah tətbiqi vasitəsilə həll olunur. Məhz ona görə də bu gün dövlətlərarası qarşılıqlı fəaliyyətin modelinin dəyişdirilməsi üçün tarixi imkanlardan istifadə məsələsi bu qədər vacib olub» – deyə, Lukaşenko diqqətə çatdırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...