Azərbaycanda torpaqların kütləvi analizinin həyata keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 15 regional mərkəzində laboratoriyaların quraşdırılması başa çatmaq üzrədir
MilliYol.AZ ”Report”-a istinadən xəbər verir ki, bu barədə nazir Heydər Əsədov məlumat verib.
Nazir deyib ki, Türkiyə və digər 3 ölkə ilə treninqlər də başa çatır və yaxın bir neçə ay ərzində torpaqların kütləvi analizinə başlanacaq: “Həmin analiz əsasında rayonların ixtisaslaşması mümkün olacaq. Hardasa hansısa bitkinin əkilməsi yalnız zəruri təhlilllər aparıdıldıqdan, torpağın tərkibi öyrənildikdən sonra həyata keçiriləcək, ixtisaslaşma üçün müvafiq təkliflər veriləcək”.
Nazir onu da bildirib ki, bu ilin ilk 4 ayında kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin eyni dövrünə nisbətən 44% artıb: “Xüsusən də bitkiçilik məhsulları və meyvə-tərəvəz məhsulları ixracda diqqət çəkir. Davamlılığına gəlincə, məhsul ixracının həcminin ilbəil daha iri miqyasda artırılmasını gözləyirik və hədəfləyirik”.
AzMedia.info
Digər xəbərlər
loading...