MilliYol.Az «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı İsrail kəşfiyyatının məxfi məlumatını onunla bölüşüb
Guya, məlumat «İslam dövləti»nin hansısa bir terrorçuluq düşüncələri barədə olub. Bu barədə «The New York Times» qəzeti yazıb.
Bundan əvvəl ABŞ mətbuatı xəbər vermişdi ki, Tramp «İslam dövləti» barədə Lavrova hansısa məxfi bir məlumat ötürüb. Bu zaman, informasiyanın məhz nədən ibarət olduğu dəqiqləşdirilmirdi.
Bundan başqa, xəbər verilirdi ki, Tramp kəşfiyyat məlumatları toplamaq kanallarını Lavrovla müzakirə edib (konkret olaraq, «İD»-nin nəzarəti altında olan və mənbənin fəaliyyət göstərdiyi şəhər).
Tramp israr edir ki, terrorçuluqla mübarizə maraqları baxımından Rusiya ilə informasiyaları bölüşmək hüququ var. ABŞ dövlət katibi Reks Tillersonun sözlərinə görə, Prezident kəşfiyyat məlumatları toplamaq üsullarını açıqlamayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...