MilliYol.AZ «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Vladimir Putin Şimali Koreyaya hədə-qorxu gəlməyi dayandırmaq çağırışı edib
Bununla yanaşı, Rusiya Prezidenti qeyd edib ki, nüvə və raket sınaqlarını yolverilməz hesab edir.
«Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoqa qayıtmaq lazımdır, ona hədə-qorxu gəlməyi dayandırmaq və bu problemlərin dinc yolla həlli variantını tapmaq lazımdır. Bu, mümkündür, yoxsa yox? Mən, hesab edirəm ki, mümkündür» – deyə, Çinə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd edib.
Dövlət başçısı xatırladıb ki, KXDR ilə dialoq aparılıb və danışıqlar uğurla nəticələnib. Amma danışıqların bütün iştirakçılarının nüvə proqramının dayandırılması məsələsində «səbri çatmayıb».
Bundan başqa, Putin KXDR-nın Rusiya sərhədləri yaxınlığında keçirdiyi raket sınqlarını da şərh edib. Prezident qeyd edib ki, raket atılan andaca, müdafiə naziri Sergey Şoyqu ona məruzə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...