Azərbaycan OPEC və təşkilata daxil olmayan ölkələr tərəfindən neft hasilatının dondurulmasına dair sazişin müddətinin uzadılması prosesində iştirakı ilə bağlı danışıqlar aparmağa hazırdır
Bunu “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva deyib.
"Azərbaycan nümayəndə heyəti bu məsələni 24-25 may tarixlərində Vyanada aparılacaq danışıqlarda müzakirə edəcək. Mövqeyimiz dəyişməz olaraq qalır. Biz bazardakı vəziyyətin sabitləşməsinə kömək edəcək tədbirlərin davam etdirilməsini zəruri hesab edirik", - deyə o bildirib.
Mətbuat katibinin sözlərinə görə, hazırda sazişin daha 6 ay müddətinə - 2017-ci ilin sonunadək uzadılması təklifi masa üzərindədir.
"Hansı qərarların qəbul olunduğu mayın 25-də məlum olacaq. Buna görə də nazirlərin görüşünün yekunlarını gözləmək lazımdır", - deyə o əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...