"The İndependent" yazır ki, vaxtilə Donald Trump-ın prezident seçkisində qalib gələcəyini proqnozlaşdırmış politoloq, indi onun FTB rəhbəri Komini işdən çıxarması ilə bağlı impiçment edilməsi üçün kifayət qədər əsas olduğunu söyləyib
1984-cü ildən bəri bütün ABŞ prezident seçkilərinin nəticələrini əvvəlcədən düz tapmış Allan Lixtman deyib ki, Trampın Komini işdən çıxarması Nikson-un prezidentliyinə son qoymuş Watergate qalmaqalından daha ciddi məsələdir.
"O hətta indinin özündə impiçment edilə bilər, - deyib Lixtman Newsweek məcmuəsinə, - O artıq indiyədək ədalətə əngəl yaradıb, pul mükafatları haqqında (xarici hökumətlərin verdiyi hədiyyələr) qanunu pozub. Biz onun indi impiçment olunmasına çağırmırıq. Biz deyirik ki, impiçment təhqiqatına başlanmalıdır".
Yeri gəlmişkən, Lixtman-ın "İmpiçment işi" (The Case for Impeachment ) kitabı bu yaxınlarda çapdan çıxıb.
Siyasət aliminin fikrincə, Trampın onun barəsində təhqiqat aparan şəxsdən loyallıq tələb etdiyinə dair iddilar isbat olunarsa, o avtomatik olaraq ədalətə əngəl yaratmaqda ittiham ediləcək.
"The İndependent" yazır ki, cənab Kominin vəzifəsindən kənarlaşdırılmasının ardınca Ağ Ev Trampın hərəkətlərini izah etməkdə çətinlik çəkib.
Ağ Ev rəsmiləri prezidenti demokratlardan və başqalarından müdafiə etmək üçün bildiriblər ki, Tramp FTB başçısını, onun Rusiya ilə əlaqələrini araşdırıdığına görə işdən çıxarıb.
Rəsmilərin verdiyi digər şərhlərdə isə deyilirdi ki, Komiy Hillari Klintonun email-ləri ilə bağlı təhqiqatı yarıtmaz apardığına görə postunu itirib.
Administrasiya isə bu hadisəni şərh edərkən Komi barədə baş prokuror Jeff Sessions və onun müavini Rod Rosensteynin tövsiyələrini əsas gətirib.
Amma çox tez bir zamanda aydın olub ki, baş prokuror və müavininə tövsiyələri sonradan, Trampın hərəkətinə haqq qazandırmaq üçün yazdırılıb.
Halbuki prezident mediaya müsahibəsində demişdi: "Mən bu qərara gələndə özüm-özümə dedim: bu Rusiya və Tramp məsələsini uydurublar ki, demokratlar seçkidəki məğlubliyyətlərinə haqq qazandırsınlar".
O Komini "lovğa" və "şöhrətpərəst" adlandırıb. Tramp deyib ki, FTB çətin vəziyyətdə idi.
Prezident iddia edib ki, guya Komi onu üç ayrı-ayrı halda əmin edib ki, o təhqiqatın obyekti deyil.
"Tövsiyələr olmasaydı da, mən onu çıxaracaqdım" - deyib Tramp.
Bəzi xəbərlərə görə, Tramp Komidən prezidentə sədaqət andı içməsini tələb edib, halbuki FTB rəhbəri tam müstəqil bir vəzifədir.
Ağ Ev bu xəbərləri təkzib edib. Komiyə yaxın mənbələr isə Trampın dediklərini inkar edirlər.
"The İndependent" yazır ki, yalnız iki prezident - Endryu Conson və Bill Klinton Nümayəndələr palatası tərəfindən impiç olunub. Senat heç bir prezidentin impiçmentini qəbul etməyib.
Trampın impiçment edilməsi üçün Nümayəndələr palatasındakı respublikaçılar ona qarşı çıxmalıdırlar.
Buna alternativ olaraq 2018-ci ilin mövsümarası seçkilərində demokratlar qalib gəlsələr, onlar Trampın impiçmentinə başlaya bilərlər (BBC).
MilliYol.Az
Digər xəbərlər
loading...