Bir necə gündür ki, bütün dünyada kompüterlərin bəlasına çevrilən yeni dəhşətli virus peyda olub
Bu virus artıq 99 ölkədə yayılıb və kompüterlərin məhvinə səbəb olub. Bu virus hətta oğurlanan faylların əvəzində istifadəçidən pul da tələb edir. “VannaCry” adlandırılan bu virusun əsasən “Vindows” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.
Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xəbərdarlıq da edib. Bəs bu virusdan necə qorunmaq olar?
Mütəxəsiislərin sözlərinə görə, virusun təhlükəsi var və bundan qorunmaq üçün sadəcə bir necə nüansa fikir vermək laızmdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi isə yerli istifadəçilərə baş vermiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Elektron Təhlükəsizlik Mərkəzinin “1654” nömrəli “Qaynar xətt”inə, yaxud [email protected] elektron ünvanına müraciət etməyi tövsiyə edir.(xezerxeber.az)
MilliYol.Az
Digər xəbərlər
loading...