“Rusiya isterik şəkildə Tramp-Lavrov görüşünü qabartdı ki, bu da Rusiyanın Qərbə nə qədər ehtiyacı olduğunun göstəricisi oldu. Və mən deyim ki, bu heç də Rusiya kimi böyük dövlətə yaraşmadı”
PİA.AZ-ın baş redaktoru: “Lavrov və Klimkindən görüşdən sonra Trampın özünün “Twitter” səhifəsində Rusiya və Ukraynanı sülhə çağırması əslində Rusiyaya verilən açıq mesajdı və bu mesajla Tramp Putinə açıq şəkildə deyirdi ki, ABŞ-la anlaşmadan öncə Ukrayna ilə anlaşmğın yolunu tapacaqsan”.
Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ prezidenti Donald Ttampla görüşü rus mətbuatı tərəfindən geniç işıqlandırılır və təbliğ olunur.
Lavrovdan sonra Donald Trampın Ukrayna xarici işlər naziri Pavel Klimkinlə görüşünün üstündən, ya sükutla keçir, ya da Kremlin təbliğat ruporlarından biri olan “Sputnik” resursu kimi bu görüşü qaralamaqla məşğul olurlar. Diqqət çəkən məsələ isə odur ki, Tramp Lavrovla yanaşı Klimkini də qəbul etməklə əslində Rusiyaya açıq mesaj verir ki, Rusiya ilə əməkdaşlıq əlaqələrinin bərpa olunması üçün mütləq şəkildə Kremlin Kiyevlə anlaşması gərəkir. Lakin buna baxmayaraq Rusiya mətbuatı bu mesajı görməməzlikdən gələrək Lavrovun Tramla görüşünün mahiyyətini şişirtməyə çalışır və Trampın Rusiyaya önəm verməsini hər kəsin gözünə soxmağa çalışır. Burda əslində Rusiyanın ABŞ-la münasibətlərinin bərpa olunmasında yalvaran tərəf kimi də görünmür ki?
Mövzu ilə bağlı 10may.az saytının əməkdaşı PİA.AZ saytının baş redaktoru Azər Qaramanlının fikirlərini öyrənib:
“Əslində siz haqlısınız. Rusiya Krımı ilhaq etdikdən sonra beynəlxalq təcridi aradan qaldırmaq üçün yalvaran tərəf kimi çıxış edir. Kremldə yaxşı anlayırlar ki, Qərblə uzun müddıtli qarşıdurma Rusiya üçün ciddi neqativ nəticələr doğuracaq və bəlkə də bu fəlakələ nəticələnəcək. Ona görə də Kreml hazırda var gücü Qərblə anlaşmağa çalışır. Amma çalışır ki, bu anlaşma Krımı və Donbası yenidən Ukraynaya qaytarmadan, həmçinin Suriyada əldə etdiyi bütün mövqelərin saxlamaqla olsun. Bu isə bir qədər imkansız görünməkdədir.
Açığı mən Rusiyanın hazırkı durumunu ər evindən küsüb getmiş arvada bənzədirəm. Yəni arvad ər evinə geri dönmək üçün “ölür”. Amma istəyir ki, əri ona gəlib yalvarsın və bütün elədiklərini də bağışlasın. Hazırkı durumda Rusiyanın bütün davranışı tam olaraq ər evindən küsüb getmiş, lakin evinə can atan hikkəli arvadı xatırladır.
Lavrovun Tramla görüşündən sonra yaşanan fotoqraf qalmaqalı da bunu göstərməkdədir. Bilirsiniz ki, protokola uyğun olaraq görüşdə iştirak edən fotoqrafın çəkdiyi şəkillərin Rusiya Xarici İşlər Nazirliyi tərəfindən tirajlanması həm Ağ Evdə, həm də ABŞ mətbuatı tərəfindən narazılıqla qarşılanıb. Əslində Rusiya Xarici İşlər Nazirliyi bununla Lavrovun Trampla görüşünün önəmini həm Rusiyada, həm də beynəlxalq aləmdə qabartmaq və paralel olaraq Klimkinin görüşünün əhəmiyyətini azaltmaq istəyirdi və deyim ki, növbəti dəfə Rusiya təbliğatı ABŞ-da və dünyada qeyri ciddiliyi ilə nəzərə çarpdı. Yəni Rusiya isterik şəkildə Tramp-Lavrov görüşünü qabartdı ki, bu da Rusiyanın Qərbə nə qədər ehtiyacı olduğunun göstəricisi oldu. Və mən deyim ki, bu heç də Rusiya kimi böyük dövlətə yaraşmadı.
Görüşün nəticələrinə gəlincə isə, deyim ki, bu görüş özü-özlüyündə heç nəyi dəyişmədi və sırf Trampın rusiyalı nazirlə tanışlığı idi. Görüşdə toxunulan məsələlər də Tillersonla aparılan danışıqlara formal şəkildə toxunmalardı. Burda diqqət çəkən məsələrdən biri isə Trampın sanksiyaların ləğvi məsələlərinə demək olar ki, toxunmamasıydı. Amma Lavrov və Klimkindən sonra görüşdən sonra Trampın özünün “Twitter” səhifəsində Rusiya və Ukraynanı sülhə çağırması əslində Rusiyaya verilən açıq mesajdı və bu mesajla Tramp Putinə açıq şəkildə deyirdi ki, ABŞ-la anlaşmadan öncə Ukrayna ilə anlaşmğın yolunu tapacaqsan”.
MilliYol.Az
Digər xəbərlər
loading...