Azərbaycanlı alpinist Əzim Qeyçisaz “Səkkizminliklər” klubuna qoşulmaq üçün sonuncu zirvəni, yəni Lhotseni fəth etmək üzrədir.
MilliYol.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.
Ə.Qeyçisaz hazırda Everest və Lhotsenin əsas düşərgəsində olduğunu, hava şəraitinin yaxşılaşmasını gözlədiyini bildirib:
“Demək olar ki, hər gün yağış yağır. Növbəti günlərdə də yağış gözlənilir. Yağıntılar zamanı uçqun təhlükəsi və başqa hadisələr səbəbindən yüksəkliklərdə qalmaq olmur, buna görə də əsas düşərgəyə qayıtdıq. Hava sakitləşəndə son mərhələyə başlayacağıq”.
Qeyd edək ki, Ə.Qeyçisaz Lhotse zirvəsini fəth etsə, dünya üzrə 15 rekord sahibindən biri olacaq. O, artıq oksigen balonu olmadan 13 zirvəni fəth edib.
MilliYol.Az
Digər xəbərlər
loading...