Ötən gün axşam saatlarında "Azneft" İstehsalat Birliyinin "28 May" Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 7 saylı özülündə quyunun açıq fontana keçməsi ilə barədə informasiya yayılıb
MilliYol.Az "APA-Ecoonmics" -ə istinadən xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
QHT rəhbərinin sözlərinə görə, işçilərin çoxu evakuasiya olunub.
Ekspert əlavə edib ki, "SOCAR-AQŞ" şirkətinin qazma briqadası və "28 May" NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.
SOCAR-dakı mənbə isə "APA-Economics"ə bildirib ki, sözügedən özüldə quyuda qaz sızması baş verib. Mənbə əlavə edib ki, sızmanın qarşısı qısa müddət ərazində alınıb.
SOCAR-dan "APA-Economics"ə bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: "Açıq fontandan söhbət gedə bilməz. Bu, normal istehsalat təzahürüdür".
Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, işçilərin həyatı üçün heç bir təhlükə yoxdur.
MilliYol.Az
Digər xəbərlər
loading...