"Moody`s" beynəlxalq reytinq agentliyi 2017-ci il üzrə icmal büdcəsinin defisitinin (kəsir) ÜDM-in 1,5%-nə bərabər olacağını proqnozlaşdırır
MilliYol.Az "APA-Economics"-a istinadən xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.
"Moody`s" ekspertlərinin fikrincə, 2018-ci ildə icmal büdcə profisitilə icra olunacaq. 2018-ci ilin yekunlarına əsasən, icmal büdcənin profisiti ÜDM-in 2,9%-nə bərabər olacaq.
Sərt büdcə siyasətinə toxunan mütəxəssislər hesab edir ki, Azərbaycan hökumətinin bu addımları maliyyə dayanıqlılığının artırılmasına hesablanıb.
Bununla yanaşı, "Moody`s" 2017-ci ildə dövlət borcunun artaraq ÜDM-in 41,6%-nə bərabər olacağını proqnozlaşdırır. Buna baxmayaraq, 2018-ci ildə bu göstərici 40%-dək azalacaq.
"2016-cı ilin sonuna Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 1,3% azalaraq 33,1 mlrd. dollara çatmasına baxmayaraq, ARDNF-nin aktivləri olduqca yüksək səviyyədə qalmaqdadır və bu amil hökumətə əminlik verir. Belə ki, ARDNF-nin aktivləri dövlət borcunu 3 dəfə üstələyir. Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları martda 4,4 mlrd. dollaradək artıb ki, bu da son 15 ay ərzində ən yüksək göstəricidir. Buna baxmayaraq, AMB-nin ehtiyatları tarixi maksimumlardan olduqca aşağıdır. Lakin yanvar ayında hökumət ARDNF-dən AMB-yə 7,5 mlrd. manatlıq transfertin həyata keçiriləcəyini elan edib ki, bu addımın əsas məqsədlərindən biri valyuta ehtiyatlarının artırılmasıdır. Mart ayında illik inflyasiya 14,5%-ə çatıb ki, bu da 2016-cı ilin noyabr ayında qeydə alınan maksimumdan bir qədər aşağıdır. 2015-ci ilin sonunda və 2016-cı ildə manatın məzənnəsinin zəif olması inflyasiyanın sürətlənməsinə səbəb olub. Lakin manatın bahalaşması təzyiqi bir qədər azaldıb. Manatın möhkəmlənməsinin davam etməsi il ərzində inflyasiyanı bir qədər də zəiflədə bilər" - deyə məlumatda vurğulanıb.
AzMedia.info
Digər xəbərlər
loading...