Aleksey Boqdanovski
ria.ru, 10.05.2017
ria.ru, 10.05.2017
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı FTB direktoru Ceyms Kominin vəzifəsinin öhdəsindən gələ bilmədiyini bildirməklə gözlənilməz qərar qəbul edərək onu işdən azad edib. Qərar demokratların simasında müxalifətin hiddətli etirazını doğurub.
Komi Trampın seçkiqabağı qərargahının əməkdaşlarına qarşı həm Ağ Evdə, həm də Kremldə təkzib edilən “Rusiya ilə əlaqələr” ehtimallı araşdırma aparırdı. Eyni zamanda Trampın 2016-cı il prezident seçkilərində məğlub rəqibi Hillari Klinton da Komini ittiham edib ki, onun məğlubiyyətini təmin edib.
Komi 2013-cü ildə prezident Barak Obama tərəfindən tam şəkildə işləmək niyyətində olduğu on il müddətinə təyin edilmişdi.
“Büroya rəhbərlik etmək qabiliyyətində deyil”
Tramp FTB direktorunun “Tramp qərargahının Rusiya əlaqələri”ni araşdırdığına görə onu birmənalı şəkildə lağa qoyduğu məktub göndərib. Məktubda deyilir: “Araşdırma altında olmadığım barədə üç müxtəlif xüsusda məni məlumatlandırdığınıza görə sizə çox minnətdar olsam da, hər halda Ədliyyə Nazirliyinin rəyi ilə razıyam ki, büroya effektli şəkildə rəhbərlik etmək iqtidarında deyilsiniz”.
Baş prokuror və Kominin formal rəisi Ədliyyə Nazirliyi başçısı Ceff Seşns FTB direktorunun azad edilməsinin gərəkdiyini bildirib. Ağ Ev Seşnsin məktubunu yayıb. Məktubda qeyd olunur: “FTB rəhbərliyinə yeni strat lazımdır. FTB direktoru Ədliyyə Nazirliyinin prinsip və qaydalarına sədaqətlə əməl edən adam olmalıdır”.
Seşnsin birinci müavini öz növbəsində Komiyə qarşı iddiaları əsaslandırdığı memorandum yayıb. Onun sözlərinə görə, Komi Klintona qarşı işin bağlandığı haqda özbaşına məlumat verməklə səlahiyyətini aşıb. Memorandumda deyilir: “Direktor 2016-cı il iyulun 5-də işin cinayət tərkibi olmadığı üçün bağlanmalı olduğu haqda qərarını elan edərək yanlış olaraq baş prokuror səlahiyyətini qəsb edib”.
Rozenstaynın bildirdiyinə görə, Komi məlumat verməli idi ki, FTB işin təhqiqatını başa çatdırıb və federal prokurorlara verib. Onun sözlərinə görə, Komi FTB-nin strukturuna daxil olduğu Ədliyyə Nazirliyinin icazəsi olmadan hərəkət edib. Bundan savayı, memorandumda deyilir ki, Komi mətbuat konfransında öz mövqeyini “prosessiz ittiham sözü qərarı kimi” ifadə edib, lakin bunu etməyə hüququ yox idi və etməməliydi. Rozenstaynın sözlərinə görə, nəticədə Komi “işdə ciddi səhvlər” buraxıb, bunu etirafdan imtina edib və onu düzəltməyə qabil deyil.
Ağ Ev Ədliyyə Nazirliyinin bir sıra keçmiş rəhbərlərinin dəstəyini əldə edib. Memorandum prezident böyük Corc Buşun dönəmində işləmiş keçmiş baş prokuror Maykl Mukasinin sözlərini sitat gətirir. Mukasi bildirib ki, Komi Klintonun işinin bağlandığını ictimai şəkildə elan etməklə “öz səlahiyyətlərindən xeyli kənara çıxıb”. Keçmiş prezident Barak Obama dövründə baş prokuror işləmiş Erik Holder Kominin bu qərarını yanlış və Ədliyyə Nazirliyinin seçkiqabağı kampaniyaının gedişində araşdırma üzrə siyasətinə zidd adlandırıb.
Baş prokurorun keçmiş birinci müavinləri Ceymi Qorelik və Larri Tompson Kominin Klintona qarşı işin bağlandığı haqda bildirişini “realiti-şou” ilə müqayisə edib və deyiblər ki, bu, etikaya ziddir. Böyük Corc Buş dövründə ədliyyə nazirinin birinci müavini işləmiş Donald Ayer bildirib ki, Kominin hərəkətindən sarsılıb.
Demokratlar hiddət içindədirlər
Senatda demokratların başçısı Çak Şumer deyib ki, FTB direktoru Ceyms Kominin “Trampın Rusiya ilə ələqaləri”nin təhqiqatı üzrə işdən azad edilməyinə görə narahatdır. Şumer Amerika telekanallarının canlı yayımladığı mətbuat konfransının gedişində deyib: “Biz bilirik ki, FTB Trampın seçkiqabağı qərargahının ruslarla əlbir olub-olmadığını araşdırırdı, bu isə ciddi hüquq pozuntusudur. FTB prezidentə xəlvətcə hədsiz dərəcədə yaxınlaşan araşdırma aparınca suallar doğur ki, özünü “Rusiya” təhqiqatından uzaqlaşdıran baş prokuror Seşns bu təhqiqata başçılıq edən adamın işdən çıxarılmasında rol oynayıb”.
Şumer hesab edir: “Onlar indi təhqiqat aparan FTB direktorunu işdən çıxarıblar, bu, təsadüf kimi görünmür”.
O, “Rusiya” təhqiqatı üzrə özəl prokurorun təyin edilməsini də tələb edib. Şumer bəyan edib: “Özəl prokurorun təyin edilməsi vaxtı indi birbaşa çatıb”.
Komi əvvəllər təsdiq edib ki, Rusiya ilə Trampın seçkiqabağı qərargahının əlbir olub-olmadığı üzrə araşdırma aparır, lakin əlbirliklə bağlı heç bir sübut təqdim etməyib.
Ağ Evdə və Kremldə bu cür əlaqələrin olduğunu qəti inkar ediblər. Xüsusən də Rusiya prezidenti Vladimir Putin bu ittihamlardan danışarkən bildirib ki, dərc edilmiş məlumatlarda Rusiyanın maraqlarında heç nə yoxdur, isterika isə qızışdırılır ki, diqqəti onun məzmunundan yayındırsınlar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın ünvanına ittihamları tamamilə “dəlilsiz” adlandırıb. Onun sözlərinə görə, bu cür bəyanatlar heç nəyə əsaslanmır və heç bir fakt göstərilməyib.
Uotergeyt kölgəsi?
Bəzi demokratlar daha uzağa gedərək Trampı mümkün konstitusiya böhranı ilə hədələyiblər. Senator Riçard Blyumental CNN-in efirində deyib: “Biz yaxınlaşmaqda olan konstitusiya böhranı ilə üzləşmişik”.
O, prezident Donald Trampın hərəkətini prezident Riçard Niksonun 1973-cü ildəki hərəkətləri ilə tutuşdurub.
ABŞ tarixində FTB direktoru yalnız bir dəfə istefa verməyə məcbur olub – bu, 1973-cü ildə Riçard Nikson dönəmində "Uotergeyt qalmaqalı" fonunda istefa vermiş Patrik Qrey olub. Nikson siyasi müxalifəti – demokratları izləməyi araşdıran özəl prokuroru da işdən azad edib. Bu qərarlar ən nəhayətdə Niksonu konqresdə impiçment təhlükəsi qabağında istefa verməyə məcbur edən hadisələr silsiləsində ən başlıcalarından biri olub.
Seçkiqabağı kampaniyada Hillari Klintonu dəstəkləmiş əsas telekanal və KİV-lər Kominin işdən çıxarılmasını qəzəblə qarşılayıb. KİV-lər həmçinin Uotergeytlə fəal şəkildə paralellər aparır. "New York Times” qəzeti yazır: “Təzəcə başlamış Trampın prezidentliyi dönəmində hadisələrin sarsıdıcı inkişafı Uotergeyt üzrə araşdırmanın ortasında Ədliyyə Nazirliyini cəzalandırmış prezident Riçard Niksonun acınacaqlı, məşhur “şənbə qırğını” ilə müqayisə doğurur”.
CNN şərhçiləri öz növbələrində Trampın qərarını demokratiyaya zidd adlandırıblar. Tramp CNN və “New York Times” daxil olmaqla bir sıra KİV-lərlə mürəkkəb münasibətdədir. O, keçmişdə onları “siyasi müxalifət” və “quraşdırma” xəbərlər adlandıraraq tendensiyalılıq və faktların yanlış şərhində ittiham edib.
Yaxud Quverin kölgəsi?
Müşahidəçilərin əksəriyyəti Kominin Trampın çevrəsinə qarşı təhqiqat apardığını nəzərə almaqla onu praktik olaraq toxunulmaz sayırdılar. Tramp Komini işdən çıxartmaqla həqiqətən də tənqidi özünə cəlb edir.
Bundan başqa, FTB direktoru ABŞ hakimiyyət sistemində son dərəcə nüfuzlu və müstəqil fiqurdur. FTB-nin qurucusu Edqar Quver büroya, demək olar, yarım əsr başçılıq edib və onunla işləmiş altı prezidentdən heç biri büronun qüdrətli rəhbərini işdən çıxartmağa cürət etməyib. Quver prezidentlər daxil olmaqla siyasətçiləri gözdən salan materiallar toplayırdı, bu da ona dövlət başçılarına qədər hamını şantaj etmək imkanı verirdi. Tənqidçilər iddia edirlər ki, Quver bu imkandan fəal istifadə edib.
Quverin ölümündən sonra FTB direktoru səlahiyyətinin son müddəti 10 il təyin edildi – bu, prezidentin (dörd il olmaqla iki müddət), senatorun (təkrar seçilənə qədər altı il), Nümayəndələr Palatası üzvünün (iki il) maksimal səlahiyyətindən çoxdur. FTB direktorundansa yalnız Ali Məhkəmənin ömürlük təyin edilmiş hakimləri etibarlı statusdan yararlanır.
Bir dəfə Quveri hətta ittiham ediblər ki, prezident seçkilərinin nəticələrini təkbaşına dəyişdirib. Hillari Klinton Komini birbaşa bunda ittiham edib ki, onun Klintona qarşı araşdırmada yeni elektron məktublarla bağlı 2016-cı il 27 oktyabr tarixli bəyanatı tarixin gedişatını dəyişib. Klintonun sözlərinə görə, seçkilər oktyabrın 27-də keçirilsəydi, o, prezident olardı. Bir sıra sosioloqlar bununla razıdır: Kominin bəyanatından sonra Klintonin onsuz da səbatsız liderliyi sorğularda azaldı. Seçkilər günü prezident qovğasının nəticəsini həll edən əsas ştatlarda Klinton Trampa yalnz 0,1% uduzub.
MilliYol.Az
Digər xəbərlər
loading...