Almaniya Bundestaqında “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamə müzakirəyə çıxarılıb.
MilliYol.Az xəbər verir ki, müzakirədən sonra Almaniya Bundestaqı qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməni qəbul edib.
“Ermənilərin və digər xristian azlıqların soyqırımının 101-ci xatirə ili” adlı qətnamə parlamentə hakim çoxluq tərəfindən təqdim edilmişdi.
Bu çoxluğa kansler Angela Merkelin rəhbərlik etdiyi koalisiya və Almaniya Sosial-Demokrat Partiyası, həmçinin “Yaşıllar” partiyası daxildir.
Qətnamədə həmçinin AFR hökuməti tərəfindən tarixi hadisələrə görə məsuliyyətin bir hissəsi qəbul edilir və “1915-ci ilin faciəvi hadisələri - ermənilərin deportasiyası və qətliamı - soyqırım kimi tanınır”.
MilliYol.Az
Digər xəbərlər
loading...