“Financial Times” xəbər verir ki, Ədliyyə departamentinin keçmiş sədri Salli Yeyts Konqresdə elan edib ki, o, iki dəfə Ağ Evi Flinnin Rusya tərəfindən şantaj edilə biləciyini xəbərdar edib
Flinni Tramp milli təhlükəsizliyin başına gətirmişdi.
Salli Yeyts Obamanın dövründə baş prokuror olub, Tramp hakimiyyətə gəldikdən sonra isə onu vəzifəsindən azad edib. Ona görə ki, Yeyts ədliyyə departamentinə Trampın miqrantlarla bağlı qadağasını leqal olaraq müdafiə etməməsi üçün şikayət etmişdi.
Yeyts bildirib ki, Flinn vitse prezident Mayk Pensə səfirlə görüşdüyü və danışıqlar apardığı haqqında yalan dediyi zaman özünü Rusya tərəfindən təhdid vəziyyətinə qoymuş olub. Tramp bu barədə xəbərdar edilsə də, Flinni yalnız iki həftə sonra istefaya göndərib. Qəzet yazır ki, Flinn vəzifədə olduğu iki həftə ərzində Rusya siyasəti ilə əlaqədar aparılan gizli müzakirələrdə iştirak edib.
Flinnin Rusyanın Amerikadakı səfiri Serqey Kıslyakla telefon danışıqları aşkar edildikdən sonra FTB bunu araşdırmağa başlayıb. Telefon danışıqları Trampın inaqurasiyasından əvvəl baş tutmuşdu və bu, ABŞ qanunlarını pozmaq deməkdir. Qanun məxfi şəxslərin xarici siyasət haqqında hər hansı hərəkət etmələrini qadağan edir.
Vitse-president Mayk Pens Flinnin Kıslyakla danışıqlar apardığını inkar edib. Yeyts Rusyanın seçkilərə müdaxiləsini araşdıran Konqres komitəsinə deyib ki, o, Ağ Evin konsulu və eyni zamanda Trampın hüquq məsləhətçisi Don Makqeynə bu haqda danışıb. “Pensə söylənən yalan Flinni şantaj təhlükəsinə atmışdı”- Yeyts deyib.
Konqresə verilən məlumat demokratlar arasında sual işarəsi yaradıb. Tramp dinləmənin ardından Tvitterdə bu haqda cavab yazıb: “Salli Yeyts bu gün feyk medianı çox məyus etdi, o, köhnə mövzulardan başqa yeni bir şey söyləmədi.”
Hazırda Flinnin işinə FTB baxır. Federal Tədqiqatlar Bürosu 3 aydır ki, Tramp administrasiyasının ruslarla hər hansı əlaqəsinin olub-olmadığını tədqiq etməkdədir. Mart ayında Tramp Flinni yenə tvitter hesabında mesaj yazaraq müdafiə edib: “Flinn “ifritə ovu”ndan özünü qorumaq üçün Konqresdən toxunulmazlıq istəməlidir”.
Son həftələrdə görünən odur ki, Ağ Ev keçmiş general, həm də Trampla prezident seçkiləri kampanyasını apardığı Flinndən uzaq durmağa çalışıb.
Bundan başqa, Tramp Flinn barəsində Obamanı günahlandırıb. O, yenə də tvitter hesabından yazıb ki, general Flinn təhlükəsizlik məsələləri üzrə ən yüksək vəzifəni Obama dövründə tutub, lakin feyk xəbərlər nədənsə bu haqda danışmaq istəmir.
ABŞ mediası yazır ki, Obama Flinni millik təhlükəsizlik departamentinin başına gətirməməyi Trampa deyibmiş. Obama Flinni müdafiə kəşfiyyatı agentliyinin rəhbəri vəzifəsindən azad etmişdi.
FTB-nin keçmiş direktoru Konqresə Ceyms Komi bazar ertəsi KOnqresə bildirib ki, FTB hazırda Trampın prezidentlik kampanyası və Kreml arasındakı hər hansı bir əlaqələrinin olub-olmadığı araşdırır. Qeyd edək ki, ötən gün (9 may) Tramp FTB direktoru Ceyms Komini azad etdi. ABŞ mediası bunu Trampın “gecə qətliamı” adlandırdı.
Tramp bu haqda da tvitter də yazdı ki, “Rusya – Tramp koalisiyası uydurmadır, bu nə vaxt qurtaracaq?”
Yeytsin ardınca Obamanın dövründə milli kəşfiyyat idarəsinin rəhbəri kimi çalışan Ceyms Klapper də ələqələrin olduğu haqda Avropa və Britaniya kəşfiyyatından xəbər gəldiyini elan etdi. O, bildirdi ki, Kreml 1960-cı ildən bu yana ABŞ seçkilərinə müdaxilə etməyə cəhd edib. “Rusya gələcəkdə də burada və yaxud dünyanın istənilən yerində eyni işləri görməkdədir. Bu qədər irəliyə gedə bildiklərinə görə özlərini təbrik etməlidirlər” – Klapper bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...