Loğman Müslümov şok səs yazısı yayıldı
Bir neçə gün əvvəl Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümovla bağlı redaksiyamıza daxil olan məlumatları təqdim etmişik. Həmin məlumatlarda şöbə müdiri 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurdu.
Bildirilirdi ki, Loğman Müslümovun Quba Təhsil Şöbəsindəki ən böyük gəlir mənbəyi tikinti sahəsiidi. Belə ki, tikintiyə ayrılan 190 min manat müdir tərəfindən mənimsənilib. Başqa bir fakt isə inventarların alınması ilə bağlıdı. İddialara görə, Loğman Müslümov inventarların satın alınması üçün ayrılan 351 min manat dövlət vəsaitini məniməyib. Təhsil Şöbəsinin müdiri orta məktəblər üçün kompyuter avadanlıqlarının alınması məqsədi ilə ayrılmış 119 min manatın 100 minini özü yeyib. Loğman Müslümov digər maşın, avadanlıq və inventarların alınması üçün əlavə 235 min manat vəsaitin ayrılmasına nail olub. Amma bu işlərin görülməsinə 97 min manat xərclənib. Qalan 138 min manat ortada yoxdur. Bildirilir ki, Quba Təhsil Şöbəsinə yuxarıda sadalananlardan başqa da təxminən 200 min manat vəsait ayrılıb. Amma həmin pullar da aidiyyatı üzrə xərclənməyib. Beləliklə, şöbə müdiri 1 milyon manatdan artıq dövlət vəsaitini yoxa çıxardıb.
Bu arada Loğman Müslümovla bağlı yeni məlumatlar yayılıb. İddia olunur ki, Təhsil Şöbəsinin müdiri elan edib ki, direktorların müsahibə mərhələsi onun rəyindən asılı olacaq. Yəni kim keçmək istəyirsə, onu mütləq görməlidir. RTŞ müdrinin əvvəlcədən müvəqqəti direktor təyin etdiyi adamların bəzisi imtahandan keçə bilməyib. Buna görə də, müdirin üstünə gələrək verdiklərini geri tələb ediblər. Loğman Müslümov isə bunun çıxış yolunu başqa cür tapıb. Belə ki, həmin yerə biliyi ilə keçən şəxsləri ləkələməklə onları direktorluqdan kənarlaşdırmaq niyyətindədir. Bunun üçün müxtəlif damğalayıcı ifadələrə əl atan müdir çalışır ki, rayonda və nazirlikdə biliyi ilə qalib gələn direktorlar barəsində pis rəy formalaşdırsın və nəticədə onlar müsahibə mərhələsini keçməsin.
Bu gün isə gundelik-baku.com saytı daha bir maraqlı xəbər yayıb. Sayt yazır ki, Loğman Müslümov iclas çağıraraq orda çıxış edib. Və həmin nitqdə rüşvət alındığını etiraf edib: "Gedib haradasa məni satmaq lazım deyil, mən çoxdan satılmışam. Gedib artıq-əskik danışıb özünüzü biabır edirsiniz. Hamı bilir kim necə nəfəs alır. Kim necə dövlətlidir, necə işləyir, hansı fırıldaqla məşğuldur. Mən Təhsil Şöbəsinin müdiri kimi işləyirəm, rayon rəhbərliyi və digər qurumlar bilir necə işləyirəm, necə nəfəs alıram, nə ilə məşğulam. Sizin verdiyiniz 100, 200 manat da danışılır. Məktəb direktorları 30-40 manat pul verir, bunu da dilə gətirirlər. Gedib deyirlər ki, biz pul yığırıq. Bəli, həmin pullarla xalqın evini tikirik".
Qeyd edək ki, sayt Loğman Müslümovun səs yazısını yayımlayacağını açıqlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...