“Qarşıda İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər tədbirlər var. İndi mitinq keçirməyin zamanı deyil”
Bu sözləri Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O, YAP-ın mitinq keçirib-keçirməyəcəyi ilə bağlı danışarkən qeyd edib:
“Hazırda ölkəyə müxtəlif yerlərdən insanlar gəlir. Buna görə də təhlükəsizlik məsələsi ön plandadır. Şuşanın işğalının növbəti ildönümü oldu.
Təbii ki, Qarabağ mövzusu da daim öz aktuallığını qoruyub saxlayır. Amma bununla bağlı mitinq keçirmək kimi addım atılmasının mahiyyəti nədər ibarətdir? Onsuzda iqtidarın əsas məramı-məqsədi ərazi bütövlüyünü təmin etməkdir”.
MilliYol.Az
Digər xəbərlər
loading...