Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Bəzi yerlərdə zəif duman olacaq.
Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz 26-31° isti, Bakıda gecə 15-17° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...