Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Bakı Şopinq Festivalı haqqında danışıb.
Festivalın mətbuat xidmətindən MilliYol.Az-a verilən məlumata görə, L.Əliyeva deyib ki, festival çox gözəl keçir.
“Mən bilirəm ki, festival çox gözəl keçir və ümid edirəm iştirak etmək imkanım olacaq” - deyə, o, Eurasiadiary.com saytına müsahibəsində bildirib.
Onun fikrincə, bu cür tədbirlərin keçirilməsi turizmin inkişafına müsbət təsir göstərir: “Ümid edirəm ki, Bakı Şopinq Festival kimi tədbirlər Azərbaycana turist axınına səbəb olacaq”.
Qeyd edək ki, Bakı Şopinq Festivalı mayın 10-da başa çatacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...