Fransa Daxili İşlər Nazirliyi prezident seçkilərində istifadə edilən səslərin hamısının sayıldığıı açıqlanıb.
MilliYol.Az xəbər verir ki, "İrəli" Hərəkatının lideri Emmanuel Makron sağçı Marine Le Peni arxada qoyaraq prezidentlik yarışında qələbə qazanıb.
Makron səslərin 66,06%-ni toplayıb. Le Pen seçkidə 33,94% səs toplayaraq geridə qalıb. Seçki nəticələrinə görə seçicilərin 25,38 %-nin sandığa gitməməsi bu seçkidə 1969-cu ildən bu yana Fransadakı prezident seçkilərindəki ən aşağı nəticə olub.
Seçkidə seçicilərin 6,34%-i boş səs atıb. Səslərin 2,24%-i isə etibarsız elan edilib.
Səsvermə nəticələrinə görə, Makrona 20 milyon 703 min 694 nəfər seçici səs verib.
MilliYol.Az
Digər xəbərlər
loading...