"Yalnız effektiv beynəlxalq əməkdaşlıq dünyada mövcud olan münaqişələrin həllinə gətirib çıxara bilər".
Report-un məlumatına görə bunu Azərbaycanın xarici işlər naziri müavini Araz Əzimov deyib.
Bu xüsusda nazir müavini Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, bu təşkilat sankı məsələdən uzaqdır: "Rusiya, ABŞ, Fransa öz məsələləri ilə məşğuldurlar. Onlar öz məqsədlərini güdürlər. Beləliklə, biz maraqların üçbucağında qaldıq, münaqişə isə həll olunmur. BMT də öz üzərinə məsuliyyət götürüb, amma münaqişənin həllinə təsir göstərə bilmir. Bunun üçün beynəlxalq "oyunçular" fəaliyyətini artırmalıdırlar, Nyu-Yorkda oturub, analiz etməklə deyil. Münaqişə regionları ilə sıx işləmək lazımdır. BMT Təhlükəsizlik Şürasının 4 qətnaməsi var və orada münaqişənin həllinin yolları göstərilib".
A. Əzimov deyib ki, ATƏT-in Minsk qrupunun üzvləri bu sənədlər əsasında hərəkət etməlidir: "Eyni zamanda lazımdır ki, münaqişə tərəfləri beynəlxalq qanunları düzgün interpretasiya etsinlər və beynəlxalq təşkilatlar bu məsələdə dəstək verməlidirlər".
MilliYol.Az
Digər xəbərlər
loading...