"Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə seçilməsi üçün böyük şansı var"
Bunu Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.
O, P.Bülbüloğlunu layiqli namizəd adlandırıb: "Amma burada Çin və Fransadan olan namizədlərlə, eləcə də ərəb ölkələrindən Misir və Livan namizədləri ilə böyük rəqabət var". O əlavə edib ki, səfirin öz rəqibləri qarşısında prinsipial üstünlüyü var.
M.Qusmanın sözlərinə görə, P.Bülbüloğlu dünya səviyyəli mədəniyyət xadimidir: "Onu dünyada mədəni irsin qorunması üçün böyük işlər görmüş görkəmli mədəniyyət xadimi kimi yaxşı tanıyırlar. O, bütün dünya boyunca layihələrdə iştirak edib".
M.Qusman deyib ki, P.Bülbüloğlu mədəniyyət xadimi olmaqla yanaşı, eyni zamanda dövlət xadimidir, böyük dövlət işi təcrübəsi var ki, bu, həmin posta namizədlərin heç birində özünü göstərmir.
O deyib: "Azərbaycanın həmin posta öz namizədini irəli sürməsi ölkədə respublikanı belə yüksək vəzifələrdə təmsil etməyə qadir görkəmli şəxslərin olmasından xəbər verir".(Trend)
MilliYol.Az
Digər xəbərlər
loading...