ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək
“RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib.
Ağ Evin nümayəndəsi seçimi bu cür şərh edib: “İlk səfər üçün bu ən yaxşı yerdir. Bəziləri prezidenti müəyyən formada təsvir edirlər, müsəlmanlara qarşı guya qərəzli yanaşmasına işarə edirlər”.
Ağ Evin nümayəndəsi qeyd edib ki, əslində müsəlman ölkələrin liderləri Trampın terrorla mübarizə üzrə mövqeyini dəstəkləyirlər: “Onlar bir çox məsələlərdə ABŞ-la həmrəydirlər”.
Qeyd edək ki, Tramp may ayı ərzində Səudiyyə Ərəbistanı, İsrail və Vatikana səfər edəcəyini bəyan edib. Prezident daha sonra NATO-nun Brüsseldəki sammitində və “G-7” ölkələrinin Siciliyadakı toplantısında iştirak edəcək.(virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...