Ötən gecə saat 3 radələrində Ələt-Astara avtomobil yolunun 23-cü km-də çınqıl yüklü KamAZ markalı yük maşını yolun kənarında dayanmış başqa bir KamAZ-a çırpılıb
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 90 CO 636 dövlət nömrə nişanlı yük maşınının sürücüsü, 45 yaşlı Ağdam rayonu Bənövşələr qəsəbə sakini Hümmətov Qabil Cəlal oğlunun sükan arxasında yuxulaması üzündən nəqliyyat vasitəsinin idarəetməsini itirməsi qəzaya səbəb olub.
Qəza nəticəsində sol dizindən xəsarət alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...