"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemləri müzakirə edən beynəlxalq platformaya çevrilib"
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində deyib.
Prezident bildirib ki, forumda 120 ölkə təmsil olunur.
Dövlət başçsının sözlərinə görə, forum zamanlı fikir mübadiləsi aparılacaq, mədəniyyətlərarası dialoqa töhvə veriləcək: "Mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir. Dialoq olmasa, dünya təhlükə ilə üzləşə bilər. Azərbaycan sivilizasiyaların qovuşduğu məkandır. Azərbaycan etnik, çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu forum Azərbaycanın qədim tarixini, mədəni müxtəlifliyini nümayiş etdirir".
Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycanda kilsələr, sinaqoqlar, məscidlər dövlət tərəfindən qorunur, hökumətin ayırdığı vəsait hesabına abadlaşdırılır: "Multikultiralizm ideyaları Azərbaycanda həmişə olub. Əslində dünya dəyişib, əvvəlki kimi deyil, bəzi narahat doğuran tendesiayalar baş verir. Bölünmə baş verir, toqquşmalar, vətəndaş müharibələri olur. Ona görə multukultiralizm xalqımız tərəfindən qorunur. Çalışırıq ki, yollar axtaraq, riskləri azaldaq. Xalqlar, dinlər arasında anlaşmanın səviyyəsini artıraq".
MilliYol.Az
Digər xəbərlər
loading...