Xəbər verdiyimiz kimi, Türkiyənin Adana şəhərində 22 yaşlı tibb bacısı Merve Keleş Azərbaycanda təhsil aldığı deyilən “estetik cərrah” tərəfindən əməliyyat olunduqdan sonra tanınmaz hala düşüb. Əməliyyatdan yarım saat sonra qızın dodaqları şişib, xəstəxanaya yerləşdirilsə də, dodaqlarını aralamaqda çətinlik çəkir
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatı edən “estetik cərrah”ın həmin vaxt sərxoş olduğu ortaya çıxıb. Bu barədə Türkiyə telekanallarının birində canlı efirə telefon bağlantısı ilə qoşulan Soner G. özü bildirib.
“Birlikdə içmişdik, hara vur dedi, ora da vurdum”, - deyib.
O, həmçinin qeyd edib ki, əməliyyat edərkən həkim olduğunu deməyib və heç bir diplom da göstərməyib. Onu zorla silikon qoymağa məcbur ediblər.
Lakin zərərçəkmiş bu iddiaları rədd edərək aldadıldığını və dodaqlarını itirmək təhlükəsi ilə üz-üzə qaldığını deyir. Merve Keleşin sözlərinə görə, internetdə tanış olduğu Soner G. onun həyatını kabusa çevirib. O, qeyd edir ki, bir tanışı omba və sinə dolğusu etdirmək üçün internetdən araşdırma apararkən bu qadının estetik cərrah olduğunu bildirən “Instagram” hesabına rast gəlib. Bundan başqa, Soner G. onlara Türkiyədə 2 il oxuduğunu, sonra Azərbaycanda təhsil aldığını bildirib.
“Bizə özünü estetik cərrah kimi təqdim etdi. Mənim anadangəlmə alt dodağımın bir tərəfi yüksəkdə idi. Bundan başqa dodaqlarım da nazikdir. Həm görünüşdəki qüsuru aradan qaldırmaq, həm də dodaqlarımı qalınlaşdırmaq üçün bu əməliyyata girdim. Əməliyyatdan sonra dodağım şişdi, temperaturum qalxdı. Dodağıma vurduğu dolğunun başqa bir şey olduğunu bilincə araşdırmağa başladıq. Məlum oldu ki, o, həkim deyil, qadın bərbəridir”, - deyə M. Keleş bildirib.
O, həmçinin bildirib ki, 18 gündür xəstəxanada yatır. Əməliyyat edən “estetik cərrah”ın dodağa hansı mayeni vurduğu aydın olmadığına görə, həkimlər müdaxilə də edə bilmirlər.
“Ona zəng edirəm, mənə “söyləmək məcburiyyətində deyiləm, səninlə danışa bilmərəm” deyir. Bu həftə əməliyyat olacağam, ola bilər ki, dodaqlarımı tamamilə itirim”, - deyə zərərçəkmiş qeyd edir.
Xatırladaq ki, M. Keleş Çukurova Universitetinin Təhsil və Araşdırma Xəstəxanasında işləyir. Özününü və ailə üzvlərinin tibb təhsili olduqlarını deyən M. Keleşin belə bir tələyə necə düşdüyünü heç özü də anlamır:
“Necə oldu ki, belə bir tələyə düşdüm, inanın ki, heç özüm də bilmirəm. Mən burada xəstəxanada müalicə alıram, O qadın isə hələ də başqalarına silikon qoyur”, - deyə zərərçəkmiş bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...