ABŞ-ın keçmiş prezidenti Barak Obamanın illər öncəki sevgisi üzə çıxıb
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu haqda Obamaının həyatından bəhs edən "Rising Star" kitabının yazarı Devid J.Qerrou bildirib.
Belə ki, Obama Şeyla adlı bir qızı ailəsindən istəsə də, rədd edilib. Birinci xanım olmaq şansını əlindən qaçıran Şeyla Miyoşi Jaqer Obamanın həyatında böyük yer tutsa da, ona aid bioqrafiyalarda adının yer almadığını deyib.
Qerrou deyir ki, Obama və Jaqet 1980-ci ildə bir-birlərinə aşiq olublar və birgə yaşayıblar. Lakin 1986-cı ildə Obama qızın ailəsinə evlilik istəyini açıqlayıb. Lakin ailə 23 yaşlı qızlarının 25 yaşlı Barakla münasibətinə icazə verməyib.
İnadından dönməyən B.Obama ikinci dəfə evlilik təklifi etsə də, yenə rədd edilib. Bundan sonra Obama Mişellə tanış olub. Lakin o, yenə də Jaqerlə görüşməyə davam edib.
Şeyla hazırda müəllimə kimi işləyir. Onun həyatının asan keçmədiyi, Obamadan 2 yaş gənc olsa da, daha yaşı göründüyü deyilib.
Digər xəbərlər
loading...