Dünən 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə gənc qadını vuraraq öldürən 14 yaşlı Ağaəli Fərəcovun "Porsche Cayenne Magnum" markalı maşını ilə avoxuliqanlıq hərəkətlərini əks etdirən videosu yayılıb
Bakipost.az xəbər verir ki, videoda hərəkətin intensiv olduğu yollardan birində - Heydər Əliyev prospektinə çıxan körpüdə A.Fərəcovun avtomobillə geriyə sürdüyü əks olunub.
O, şəhərin ən böyük prospektlərindən yol hərəkət qaydalarını kobud şəkildə pozub.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb. V.Əsədov bildirib ki, 14 yaşlı uşağa avtomobil idarəetməni etibar edən şəxs məsuliyyətə cəlb edilməlidir: "Qanunda qeyd edilir ki, sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil idarəetməni etibar edən məsuliyyətə cəlb olunur. 14 yaşlı uşağın valideyni və onun sürdüyü avtomobil var. O avtomobilin kimə məxsus olması araşdırılacaq. Həmin şəxsi də cəzalandırıb, ona protokol tərtib edəcəklər. Ən azından qanunvericilikdə verilən tələblər əsasında məsuliyyət tətbiq ediləcək".
Vaqif Əsədov hesab edir ki, ictimai qınaq medotlarından da istifadə etmək lazımdır: "O azyaşlının valideynlərinin kim olub-olmamasından asılı olmayaraq təbliğat işlərini genişləndirmək lazımdır. Əlbəttə ki, belə bir hərəkət etirazla qarşılanmalıdır. Kim olmasından asılı olmayaraq, buna don geyindərməyə çalışmayaq. Çünki yayılan videoda sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Təbii ki, aidiyyəti üzrə də tədbir görüləcək".
Qeyd edək ki, iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcli maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçıb. O, qəzanı 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum" markalı avtomobillə törədib. 24 yaşlı Xəyalə Məmmədova yerindəcə dünyasını dəyişib.
MilliYol.Az
Digər xəbərlər
loading...