Azərbaycan 2016-cı ilin sentyabr-dekabr aylarında 10,2 ton və ya 322 784 unsiya qızıl satışı həyata keçirib
"Report" "World Gold Council"un (Ümumdünya Qızıl Şurası) açıqladığı may hesabatına istinadən xəbər verir ki, Azərbaycan 2016-cı il sentyabr ayında 1 ton (31 645 unsiya), oktyabrda 4,2 ton (132 911 unsiya), noyabrda 3 ton (94 937 unsiya) və dekabrda 2 ton (63 291 unsiya) qızıl satıb.
Satışlardan sonra Azərbaycan qızıl ehtiyatlarına görə dünya ölkələrinin siyahısında 62-ci yerdə qərarlaşıb. Qeyd edək ki, satışlardan sonra Azərbaycanın qızıl ehtiyatları məcmu ehtiyatların 12,1%-ni təşkil edib.
Hesabata görə, qızıl ehtiyatlarının həcminə görə ilk sırada ABŞ (8 133,5 ton) qərarlaşıb və bu onun məcmu ehtiyatlarının 75,1%-ni təşkil edib. İkinci sıranı Almaniya (3 377,9 ton, 69,4%), üçüncü sıranı isə Beynəlxalq Valyuta Fondu (IMF, 2 814 ton) tutub. Rusiya qızıl ehtiyatlarına görə 7-ci sıradadır (1 680,1 ton, 16,9%). Türkiyənin qızıl ehtiyatları isə 427,8 ton təşkil edir (16,2%) və bu sıralamada 13-cü yerdədir.
Xatırladaq ki, ARDNF martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan sayta ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib: “Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Mərkəzi Bankda yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur".
MilliYol.Az
Digər xəbərlər
loading...