“Facebook”un yaradıcısı Mark Zukerberq sosial şəbəkəsində qətl və intihar yayımlarının dərc edilməsini “ürəkyandıran addım” adlandırıb
İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, o, arzuolunmaz kontentlə daha aktiv və daha sərt mübarizə aparmağa çağırıb.
O, öz səhifəsində narazılığını bildirən bildiriş dərc edib. Mark bir il ərzində əməkdaşlarının sayını 3 000 nəfər artırmağı təklif edib ki, onlar da operativ olaraq hesabatlara baxacaq və istifadəçilərin şikayətlərini araşdıracaqlar.
Sosial şəbəkənin yaradıcısı həmçinin təklif edib ki, ictimaiyyətin təhlükəsizliyini təmin etmək üçün daha effektiv alətlərdən istifadə olunmalıdır.
O, saytda bir daha belə fayllar yayıldığı zaman dərhal polisə müraciət edəcəyinə söz verib.
MilliYol.Az
Digər xəbərlər
loading...