Xəbər verdiyimiz kimi, tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürüb
İnstaqramda “alik_999” niki ilə qeydiyyatdan keçən maşının sahibi kifayət qədər dəbdəbəli həyatı ilə diqqət çəkir. Ağaəli Fərəcov bahalı avtomobilinin və dəbdəbəli həyatının fotolarını öz hesabından mütəmadi olaraq paylaşaraq həyat tərzini nümayiş etdirməkdən çəkinmir.
F.Fərəcov hadisə ilə bağlı Unikal.org-a danışıb. O, bildirib ki, hazırda araşdırma aparılır: “Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.
Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, 14 yaşlı uşağı həbs etməzlər: “Bu nədi, yazırsınız?..”
“Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.
Onu da qeyd edək ki, hadisədə vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub.
MilliYol.Az
Digər xəbərlər
loading...