“Oynadığım bütün obrazlar ürəyimcədir. Ən yaxşı girdiyim obraz Çiçək (aparıcı Şəhla Vakkas - red.) olub. Heç vaxt ürəksiz rol oynamıram”
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Coşqun Rəhimov deyib.
"5/5" verilişinə qonaq olan “Bu şəhərdə”nin aktyoru aparıcının "Heç gəlib yalvaran olub ki, bizi parodiya edin? Və ya deyirlər bizi yamsılamayın" suallarına belə cavab verib:
"O qədər xahiş edirlər ki, məni parodiya et... Bizə barmaq silkələyən olmur. Amma gəlib baxmayıb, narazı qalanlar var. Bu isə bizim işimizə mane olmur. Biz niyə kimdənsə icazə almalıyıq? Biz təhqir yox, təqlid edirik. Nə vaxt görmüsünüz sənət adamını təhqir edək? Onda gərək sənətimizin üstündən xətt çəkək. Bu bizə yaraşmaz. Mən aktyoram, hər şey etməyi bacarıram".
MilliYol.Az
Digər xəbərlər
loading...