Azərbaycanda səfərdə olan rusiyalı politoloq və filosof Aleksandr Duqin Şuşa İcra Hakimiyyətinə gələrək Qarabağın Azərbaycanlı icması ilə görüş keçirib
Modern.az xəbər verir ki, görüşdə Azərbaycan parlamentinin deputatları Elman Məmmədov, Flora Qasımova, Rövşən Rzayev və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli iştirak edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə müzakirələr aparılıb. Qarabağ icması rusiyalı qonağı münaqişənin Azərbaycan üçün doğurduğu mənfi fəsadlar barədə məlumat veriblər və rəsmi Bakının münaqişəni sülh yolu ilə həll etməyə tərəfdar olduğunu bildiriblər.
MilliYol.Az
Digər xəbərlər
loading...