İranın Gülüstan əyalətindəki kömür mədənində baş verən partlayış nəticəsində ölənlərinə xatirəsinə bölgədə 3 günlük matəm elan olunub
“Report” xəbər verur ki, bu haqda yerli KİV məlumat yayıb.
Qeyd edək ki, mayın 3-də Gülüstan əyalətinin Azadşəhr rayonunun Zemistan Yurt daş kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb. Təcili Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd bildirib ki, dağıntılar altında 90 nəfər qalıb və onlardan 28-i xilas edilərək xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, bu mədən əyalətin mərkəzi Qorqan şəhərindən 90 km. şərqdə yerləşir. Bu bölgənin əhalisi əsasən türkmənlərdən ibarətdir.
MilliYol.Az
Digər xəbərlər
loading...