Sənan Quliyev: "Vaqif Abdullayev məni bezdirib"
Beyləqan Rayon Gənclər və İdman İdarəsinin müdiri Sənan Quliyevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub.
MilliYol.az-a məlumat verən mənbə bildirir ki, şöbə müdiri yaxın ətrafı arasında ilginc açıqlama verib. Sənan Quliyev bildirib ki, Gənclər və İdman Nazirliyinə ayda 1500 manat "haqq" verir. Şöbə müdiri bununla da kifayətlənmir. O, həmçinin Beyləqan icra başçısı Vaqif Abdullayevə də hər ay 1000 manat rüşvət verdiyini bildirir. Sənan Quliyev icra başçısından xüsusilə narazılıq edərək, Vaqif Abdullayevin onu bezdirdiyini bildirib. Hətta şöbə müdiri Vaqif Abdullayevdən bir neçə dəfə gənclər və idman naziri Azad Rəhimova şikayət etdiyini etdiyini, amma nəticəsinin olmadığını deyib.
Bəs sıradan bir şöbənin müdiri hər ay bu qədər pulu hardan qazanır? MilliYol.Az-a məlumat verən mənbə bildirir ki, Sənan Quliyev ildə iki dəfə 5-6 formal qaydada fəaliyyət göstərən QHT-nin adından Gənclər və İdman Nazirliyinə layihə təqdim edir. Bu layihələrdən isə Beyləqan GİN-ə hər kvartalda 30-35 min manat vəsait daxil olub. Nəticədə, Sənan Quliyev ildə nazirlikdən 60-70 min manat qrant alır.
Şöbə müdirinin başqa bir qazanc mənbəyi yarışlar və tədbirlərdir. Belə ki, Beyləqan GİN-in üzvlərinin göndərildiyi yarış və tədbirlərin xərcləri fantastik dərəcədə şişirdilərək büdcədən böyük pullar silinir. Halubki, Beyləqan GİN-in idmançıları belə ölkəmiqyaslı yarışlara öz pulları hesabına getməli olur. Etiraz edənlər isə Sənan Quliyev təfəndən hədələnir, hədə-qorxu gəlinir.
Beyləqan GİN-lə bağlı redaksiyamıza başqa məlumatlar da daxil olub. Yaxın günlərdə daha böyük maxinasiyalarla bağlı informasiya verəcəyik.
MilliYol.Az
Digər xəbərlər
loading...