Ermənistanda Azərbaycan almaları ilə bağlı qalmaqal davam edir
Virtualaz.org xəbər verir ki, bu dəfə bu məsələ ilə bağlı Ermənistanın ərzaq təhlükəsliyi Dövlət Xidməti rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, ötən həftə İrəvanın və bir sıra vilayətlərin ticarət nöqtələrində aparılan yoxlamalar zamanı 500 kiloqramdan çox Azərbaycan istehsalı alma müəyyən edilərək satışdan yığışdırılıb.
Xidmətin açıqlamasına görə ölkənin “Ərzaq məhsullarının təhlükəsizliyi” barədə qanununa müvafiq olaraq həmin almalar təhlükəli hesab edilib. Çünki məhsulun təhlükəsizliyinə zəmanət verən heç bir sənəd yox idi. Nəticədə almaların məhvinə qərar verilib. Lakin Dövlət Xidməti bildirir ki, almalardan nümunələr ekspertizaya göndərilib. Ekspertiza nəticəsində almaların tərkibində hansısa zərərli maddələr-deltametrin, dimetoad, metalaksil, tsipermetrin, DDT və onun metabolitləri aşkar edilməyib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan almalarının Ermənistana qeyri-leqal idxalını həyata keçirənlərə və Gürcüstan-Ermənistan sərhədindəki “Baqrataşen” gömrük postunun əməkdaşlarına bu almaları rüşvət alaraq ölkəyə buraxdıqlarına görə cinayət işi qaldırılıb. Ermənistana “sızan” Azərbaycan almalarını Quba rayonunda fəaliyyət göstərən “DAD Fruits” şirkəti istehsal edir.
MilliYol.Az
Digər xəbərlər
loading...