Avropa İttifaqı (Aİ) Böyük Britaniyadan 100 mlrd. avro (109 mlrd. ABŞ dolları) pul ödəməyi tələb edib
"Report" "Financial Times"a istinadən xəbər verir ki, buna səbəb Britaniyanın Aİ-dən çıxmasına görə (Brexit) Fransa və Almaniyanın sərt mövqe sərgiləməsi olub.
"Aİ üzvü olan bir neçə ölkəyə göndərilən müraciətlərdən alınan cavablardan sonra Aİ Britaniyaya qarşı ilkin hesablaşmalarına yenidən baxaraq bu ölkənin pul öhdəliklərinin həcmini artırıb. Bura həmçinin 2019-2020-ci illər üzrə Aİ-dəki inzibati xərclər də əlavə edilib", - deyə qəzet yazıb.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının sədri Jan Klod Yunker Britaniyanın pul öhdəliyinin 60 mlrd. avro (65,4 mlrd. dollar) olacağını bildirib. Britaniyanın sərt formada Aİ-dən ayrılması durumunda isə yaxın 10 ildə öhdəliklər 100 mlrd. avroya qədər artacaq.
B.Britaniyanın "Brexit" prosesi üzrə naziri Devid Devis (David Devis) "ITV" telekanalına müsahibəsində bildirib ki, rəsmi London bu vəsaiti ödəməyəcək: "Bizim əsas məsələmiz ətraflı şəkildə öz hüquq və öhdəliklərimizin müzakirəsi olacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...