Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Xəzər Neft və Qaz” sərgi və konfransının 23-cü ildönümü münasibətilə məktub ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Bakıda keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının 23-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.
Azərbaycan qlobal enerji təchizatında olduqca mühüm rolunu oynamaqda davam edir və regional səviyyədə təchizatın şaxələndirilməsini, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədimizə münasibətdə etibarlı tərəfdaşdır. Bugünkü şəraitdə enerji təchizatının şaxələndirilməsi həmişə olduğu kimi əhəmiyyətli olaraq qalır. Ötən il ərzində Azərbaycan və onun tərəfdaşları “Cənub Qaz Dəhlizi”nin reallığa çevrilməsində böyük tarixi mərhələlərə nail olmuşlar. Azərbaycan ilə onun beynəlxalq tərəfdaşları arasında davamlı əməkdaşlıq həmin mühüm layihənin başa çatdırılmasını təmin edəcək, Birləşmiş Ştatlar isə beynəlxalq tərəfdaşlarımızla birgə yardım etməyə hazırdır və “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini vurğulamaqda davam edir.
Mən “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi məqsədilə göstərdiyiniz səyləri alqışlayıram və Azərbaycanın tam potensialına nail olmaqda, o cümlədən şaxələndirilmiş iqtisadiyyatı təşviq etməkdə, sərmayə mühitini təkmilləşdirməkdə, hesabatlığı və qanunun aliliyini gücləndirməkdə və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarını yaxşılaşdırmaqda atdığınız davamlı addımlarınızı dəstəkləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır”.
MilliYol.Az
Digər xəbərlər
loading...