Banqladeşin mərkəzi hissəsində, Tanqayl dairəsinin Dhanbari şəhərində avtobus su kanalına düşüb
Trend-in məlumatına görə, yol qəzası nəticəsində ən azı 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 9-nun vəziyyəti ağırdır.
Hadisəyə avtobus sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Qeyd edək ki, Banqladeşdə hər il təqribən 10 min nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olur.
MilliYol.Az
Digər xəbərlər
loading...