Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Real" - "Atletiko" oyunu (3:0) Kriştianu Ronaldo üçün bir sıra maraqlı məqamlarla yadda qalıb
MilliYol.Az apasport.az-a istinadən xəbər verir ki, "Kral klubu"nun hücumçusu Madrid təmsilçisinin heyətində 400-cü qolu vurub.
2009-cu ildə "Real"a keçən futbolçu "Atletiko" ilə görüşdə het-trik etməklə buna nail olub. O, klub tarixinin ən məhsuldar futbolçusudur.
Ronaldo Çempionlar Liqasında 7-ci het-trikinə imza atıb. Bununla da portuqaliyalı Lionel Messiyə çatıb.
Portuqaliyalı Çempionlar Liqasının pley-offunda ardıcıl iki oyunda het-trikə imza atan ilk futbolçu kimi tarixə düşüb. O, tarixi nailiyyətini öncə "Bavariya", ardınca "Atletiko"ya 3 qol vurmaqla gerçəkləşdirib.
Ronaldo Çempionlar Liqasının yarımfinalında qollarının sayını 13-ə çatdırıb. Bununla da portuqaliyalı Alfredo di Stefanonun (11) rekordunu qırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...