Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı heç bir məlumat yoxdur
Bu barədə APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib.
Diplomat qeyd edib ki, həmsədrlər prezidentlərin görüşü üçün nəzərdə tutulmuş hər hansı tarix barədə məlumata malik deyillər.
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünə də münasibət bildirən R. Hoqland aprelin 28-də baş tutmuş görüşün Rusiya xarici işlər nazirinin təşəbbüsü ilə keçirildiyini deyib, görüşün nəticələrinə dair Rusiya XİN-in bəyanat yaydığını diqqətə çatdırıb.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilinə dair müzakirələrin aparılacağı barədə məlumatlar vardı.
MilliYol.Az
Digər xəbərlər
loading...