Bakının Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə görə tikinti şirkətinin rəhbəri həbs edilib
Criminal.az xəbər verir ki, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində "Böyük Plaza" yaşayış və ticarət mərkəzi tikən "A-3 Sənaye Tikinti Korporasiyası" MMC-nin sədri Azər İsmayılovun barəsində Xətai Rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, həmin tikintinin sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, "Akula Akif" kimi tanınan Akif Mustafayevin ``sağ əli`` hesab olunan Aydəm İsmayılovdur. Həbs edilən sədr Azər İsmayılov isə Aydəmin qardaşıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl həmin ərazidə aparılan tikinti ilə əlaqədar xeyli ağacın kəsilərək məhv edilməsi xəbəri ölkə gündəmini zəbt etmişdi. O da məlum olmuşdu ki, həmin ərazidə tikilən bina Milli Məclisin deputatları üçün nəzərdə tutulub.
Amma ölkə prezidenti İlham Əliyevin göstərişi ilə tikinti işləri dayandırıldı.
Sonra yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələndi və fakt üzrə cinayət işi açıldı.
MilliYol.Az
Digər xəbərlər
loading...