İstanbul polisi bu gün Taksim meydanında icazəsiz 1 May nümayişi keçirmək istəyən 200-dən çox şəxsi saxlayıb
İstanbul valiliyindən ümumilikdə 207 nəfərin saxlanıldığını bildiriblər.
Polis nümayişçilərdən 40 "Molotov kokteyli", 17 əl qumbarası, 176 taraqqa və bir neçə plakat götürüb.
***
İstanbulun Beşiktaş meydanında toplaşan Xalqın Qurtuluş Partiyasının üzvləri Taksim meydanına yürüş etmək istəyiblər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, polisin xəbərdarlığına məhəl qoymayan nümayiş iştirakçılarından 20 nəfər saxlanılıb.
***
1 May - Beynəlxalq Əmək Günü ilə əlaqədar olaraq, İstanbulda bir sıra bərə səfərləri, metro stansiyaları, bəzi avtomobil yolları, o cümlədən Taksim meydanına gedən yollar bağlanıb.
Səhər saatlarında Taksimdə əllərində plakat tutaraq şüarlar səsləndirən 2 qadın saxlanılıb.
Hazırda şəhərin bir çox istiqamətlərində 1 May münasibətilə gözlənilən yürüşlərə görə polis təhlükəsizlik tədbirlərini gücləndirib.(Trend)
Digər xəbərlər
loading...