Ukraynada 2014-cü ildən bəri 18 min 676 nəfər ölkə vətəndaşlığından çıxarılıb
Novator.az xəbər verir ki, vətəndaşlıqdan çıxarılma qərarları prezident Pyotr Poroşenkonun imzası ilə rəsmiləşib.
2014-cü ildə 4 min 640 nəfərin, 2015-ci ildə 5 min 818 nəfərin, 2016-ci ildə 7 min 347 nəfərin vətəndaşlığı ləğv edilib. 2017-ci ilin yanvar-aprel aylarında vətəndaşlıqdan çıxarılanların sayı 871 nəfər olub.
Vətəndaşlıqdan çıxarılanların 15 min 603 nəfəri öz ərizəsinə əsasən, 2 min 901 nəfəri beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslarla, 172 nəfər isə Ukrayna vətəndaşlığını itirdiyinə görə bu hüquqdan məhrum edilib.
Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-dən səlahiyyətlərinin icrasına başlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...