Bakı Olimpiya Stadionunda “Bakı 2017 İslam Həmrəyliyi Oyunları”nın açılış mərasiminə hazırlıq işləri tamamlanmaq üzrədir
Bu haqda modern.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva bildirib.
C.Mehdiyeva deyib ki, stadion yarışlar üçün hazır vəziyyətə gətirilir:
“Dekorasiyalar quraşdırılıb, müvafiq zonalar qaydaya salınıb. Təmizlik işləri görülür”.
Qurum rəsmisi deyib ki, əvvəlcə stadionda açılış mərasimi, atletika/para atletika yarışları, sonda isə bağlanış mərasimi olacaq:
“Biz tam komanda ilə işləyirik, bu tədbirlərə aktiv şəkildə hazırlıqlaşırıq”.
“Bakı 2017 İslam Həmrəyliyi Oyunları”nın açılış mərasimində iştirak edəcək məşhurların adına və sayına gəlincə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsindən bununla bağlı ətraflı məlumat verilməyib:
“Bu barəd idman və gənclər naziri Azad Rəhimov məlumat verib. Cənab nazirin də qeyd etdiyi kimi, açılış mərasimi Azərbaycanda keçirilən Avropa Oyunlarından və digər yarışlardan zəif olmayacaq”.
“Bakı 2017 İslam Həmrəyliyi Oyunları” 12-22 may tarixlərində Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Təşkilat Komitəsinin yaydığı məlumata görə satışa 500000 bilet çıxarılacaq. Bakı 2017 islam Həmrəyliyi Oyunlarında azarkeşlər 20 idman növü və 170 idman sessiyasını izləmək imkanı əldə edəcək.
Açılış mərasiminə biletin qiyməti 20-200 AZN, bağlanış mərasimi üçün isə 10-100AZN civarında dəyişəcək.
Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançılarının yarışacaqları rəsmən bəyan edilib.
Qeyd edək ki, satış nöqtələrində yalnız 50 AZN-lik və daha yuxarı məbləğli biletlər qalıb.
MilliYol.Az
Digər xəbərlər
loading...