Fransa prezidentliyinə namizəd Marin Le Pen Avropa İttifaqına alternativ təklif edib
Trend-in məlumatına görə, M.L.Pen "Europe 1" radiostansiyasının efirində bildirib ki, Aİ-ni "Azad və suveren dövlətlərin Avropa Alyansı" ilə əvəz etmək istəyir: "Mən avropalıyam, lakin siyasi kursundan uzaqlaşan Avropa İttifaqı adlı qurumu istəmirəm".
Qeyd edək ki, Fransada "İrəli" hərəkatının lideri E.Makron 23,75 faiz, Milli Cəbhə Partiyasının sədri M.L.Pen isə 21,53 faiz səslə prezident seçkilərinin ikinci turuna adlayıblar.
Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...