"Yuventus"un hücumçusu Paulo Dibala komandasının Çempionlar Liqasının yarımfinalında "Monako" ilə oyun ərəfəsində fikirlərini bölüşüb
MilliYol.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı forvard bunları deyib:
"Hər iki oyunun çətin olacağını bilirik. "Monako" Fransa çempionatında ldierdir və baxımlı oyun göstərir. Usta futbolçulara malik komandadır. Amma eyni şeyləri "Yuventus" haqqında da demək olar. "Monako" böyük qüvvə ilə hücuma atılır və qollar vurur. Amma rəqiblərinə boş sahə çox da vermirlər.
Bu il "Yuventus"un ili ola bilər. Bütün turnirlərdə işlərimiz yaxşı gedir. Çempionlar Liqasında bizdən başqa daha 3 komanda mübarizə aparır. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Bu titul klubda çoxdan olan və illərini "Yuventus"a vermiş kəslər üçün gözəl mükafat olardı. Buffondan tutmuş Markizio, Leonardo Bonuççi, Kyellini və Bardzaliyə qədər. Onlar hələ ki layiq olduqları Çempionlar Liqası kubokuna sahib çıxmayıblar".
MilliYol.Az
Digər xəbərlər
loading...