Aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayevadan boşandıqdan sonra Sarah Skotla evlənərək ABŞ-a köçmüşdü
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu evliliyindən Mia adlı qızı olan Karel Türkiyəyə qayıdıb. O, Günayla evlilikdən olan oğlu Cahangiri ona göstərmədiyini iddia edib:
"Oğlumu görə bilmirəm. Bu həftə prokurorluğa müraciət edib onu görməyə çalışacağam. Çox darıxıram. Mia da, Cahangir də mənim övladlarımdır. Onların görüşüb yaxşı bacı-qardaş olacaqlarını düşünürəm. Keçmiş xanımımı isə pis sözlərinə görə Allaha tapşırıram".
Karel məhkəmədə "Pulum yoxdur" deyərək Cahangirə aylıq 500 lirə (təxminən 250 manat) ödədiyi halda, yeni xanımına 600 min lirəlik (təxminən 300 min manat) avtomobil alması barədə suala isə belə cavab verib:
"Alimenti ödəməyim yalandır. Alimenti də ödəyərəm, 600 minlik avtomobil də alaram. Mənim üçün dəyərli olduğu üçün aldım. Keçmiş xanımıma da almışdım".
Aktyorluqdan uzaqlaşdığını açıqlayan Karel "Artıq iş adamıyam. ABŞ-da sağlamlıq sahəsi, saç əkilməsi ilə bağlı böyük yatırımlar etdim. Türkiyəyə qayıtmağı düşünmürəm" deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...