İran bu yaxınlarda aldığı İtaliya-Fransa istehsalı olan yeni "ATR" təyyarələrini Bakıya yerinə yetirilən aviauçuşlarda da istifadə edə bilər
"Report"un verdiyi xəbərə görə, bunu "İran Air" aviaşirkətinin icraçı direktoru Fərhad Pərvareş bildirib.
"ATR" şirkətindən aldığımız yeni təyyarələr İrana bir neçə ay ərzində çatacaq. Yeni təyyarələrin idarə edilməsini öyrənmək üçün pilotlarımız Fransada təlimlərdə iştirak edirlər. Bu təyyarələr İranın əyalət paytaxtlarına, ölkənin Fars körfəzindəki adalarına, habelə Azərbaycanın paytaxtı Bakı və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçuşların həyata keçirilməsində istifadə edilə bilər", - deyə F.Pərvareş əlavə edib.
Qeyd edək ki, "İran Air" aprel ayında 20 ədəd orta ölçülü turbovintli mühərrikə malik təyyarələrin alınması üçün "ATR" ilə müqaviə imzalayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...