"Azərbaycanda heç vaxt dini zəmində münaqişə baş verməyib"
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şeyxülislam Allahşükür Paşazadə deyib.
Azərbaycan nümayəndə heyətinin Finlandiyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Anna-Kaisa Heikkinen ilə görüşdə QMİ-nin sədri bildirib ki, ölkədə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc, yanaşı yaşayıb və yaşayırlar: "Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir".
A.Paşazadə ulu öndər Heydər Əliyevin ali mənəviyyat mənbəyi olan İslam dininə diqqət və qayğısından danışıb, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...