ABŞ-ın hərbi dəniz piyadalarının korpusu Taliban yaraqlılarına qarşı mübarizə aparan Əfqanıstan hərbi qüvvələrinə təlim vermək məqsədilə Helmənd vilayətiə qayıdıb. Amerika dəniz piyadaları səkkiz il Helmənd vilayətində Taliban qüvvələrinə qarşı hərbi əməliyyatlar aparıb
NATO-nun başçılığı ilə missiyanın tərkibində vilayətə qayıdan 300 dəniz piyadasının çoxu əvvəllər burada hərbi qulluqda olan veteran hərbçilərdir. Helmənd vilayətində Taliban qüvvələrinə qarşı döyüşlərdə təxminən 1000 əsgər həlak olub. Onların çoxu ABŞ və Britaniya qüvvələrinin hərbçisi olub.
ABŞ-ın dəniz piyadaları 2014-cü ildə hərbi bazanı Əfqanıstan hərbi qüvvələrinə təhvil verdikdə yenidən vilayətə qayıdacaqlarını gözləmidir. Onların geri dönməsi Əfqanıstan hərbi qüvvələrinin Talibana qarşı tək mübarizə apardığı zaman problemlərlə qarşılaşdığını nümayiş etdirir.
ABŞ müdafiə naziri Ceyms Mattisin keçən həftə 2017-ci ilin çətin il olacağı ilə bağlı xəbərdarlığına baxmayarq, ABŞ dəniz piyadalarının yerləşdirilməsi prosesi müsbət tonda başlayıb.
2009-cu ildən 2014-cü ilə qədər minlərlə dəniz piyadası Əfqanıstanda xarici hərbi qüvvələrin apardığı ən intensiv döyüşlərdə iştirak edib.
Bu dəfə Amerika dəniz piyadalarının əsas missiyası döyüşlərdə iştirak etmək deyil, Əfqanıstan hərbi qüvvələrinə təlim verməkdən ibarətdir. Bununla belə, baza ətrafında güclü müdafiə tədbirləri dəniz piyadalarının Helmənddə qarşılaşa biləcəyi riskləri vurğulayır. Helmənd Taliban hərəkatının mərkəzi hesab edilir.
Əfqanıstanda NATO-nun missiyası çərvəsində və bununla yanaşı İŞİD və Əl-Qaidəyə qarşı ayrı əks-terror missiyasının tərkibində 8 min 400 Amerika hərbçisi xidmət göstərir.
Tramp administrasiyası Birləşmiş Ştatların Əfqanıstanla bağlı siyasətini yenidən nəzərdən keçirir ("Amerikanın səsi").
MilliYol.Az
Digər xəbərlər
loading...